Ukrayna Prezidenti Vladimir Zelenski Davosda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü barədə Feysbuk səhifəsində paylaşım edib.
BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, Ukrayna lideri paylaşımında görüşdən videokadr yerləşdirib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması və insan tələfatı ilə bağlı bir daha başsağlığı verdim. Fəlakət yerindən dəlillər göz qabağındadır, həqiqəti dilə gətirməyə məcbur olması üçün Rusiyaya təzyiq göstərmək vacibdir.
Biz həmçinin ikitərəfli əlaqələri və onların gələcəkdə inkişafını müzakirə etdik: gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, enerji sektorunda əməkdaşlıq.
Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımı yüksək qiymətləndiririk. Təşəkkür edirəm”, - Zelenski vurğulayıb.
Xatırladaq ki, Bakı-Qorznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Enişinə izn verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
- Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?