Ukrayna Prezidenti Vladimir Zelenski Davosda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü barədə Feysbuk səhifəsində paylaşım edib.
BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, Ukrayna lideri paylaşımında görüşdən videokadr yerləşdirib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması və insan tələfatı ilə bağlı bir daha başsağlığı verdim. Fəlakət yerindən dəlillər göz qabağındadır, həqiqəti dilə gətirməyə məcbur olması üçün Rusiyaya təzyiq göstərmək vacibdir.
Biz həmçinin ikitərəfli əlaqələri və onların gələcəkdə inkişafını müzakirə etdik: gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, enerji sektorunda əməkdaşlıq.
Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımı yüksək qiymətləndiririk. Təşəkkür edirəm”, - Zelenski vurğulayıb.
Xatırladaq ki, Bakı-Qorznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Enişinə izn verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
- OBA-da “girov qalmaqalı”: DİN hərəkətə keçdi
- İran panikada: Bakı və İrəvandan zəmanət istəyir
- Vəziyyət ciddidir: İran Bakı ilə dəqiqləşdirir - Beqlaryan
- Astana AZAL-la bağlı rus təbliğatını darmadağın etdi
- Bu, “qara qutuları”n materiallarından fərqlənir - Bozumbayev
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili
- Ermənistanı qorxuya salan üç ssenari: Mehridən Göyçəyə qədər...