ABŞ-ın yeni Prezidenti Donald Trampın xanımı Melaniya Trampın yanvarın 20-də keçirilən andiçmə mərasimindəki geyim tərzi maraqla qarşılanıb.
BUTA.TV xəbər verir ki, Melaniyanın məşhur dizayner Erik Kovitz tərəfindən hazırlanan qeyri-adi şlyapası xüsusi diqqət çəkib.
Məlum olub ki, M.Tramp bu tərzlə dərin simvolizm və subliminal mesaj ötürüb.
Bu barədə dizayner özü açıqlama verib:
“Melaniyanın şlyapası şəxsiyyətinin yenidən dərkedilməsini simvolizə edir və mühafizəkar dəyərləri əks etdirir. Bu, müəyyən mənada təmkinlilik dövrüdür. Həqiqətən də daha mühafizəkar dəyərlərə doğru dönüş anıdır. Həmçinin o, protokol barədə düşünüb, çox eleqant və sadə görünüb”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü