Yanvarın 21-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşdə bir sıra vacib məqamlara toxunulub. Bəzi məsələlərdə tərəflər arasında fikir ayrılıqları olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının xarici işlər katibi, Baş nazir Nikol Paşinyanın adamlarına yaxınlığı ilə bilinən Arnold Bleyan deyib.
Bleyanın sözlərinə görə, Lavrov Moskvada İrəvanı Zəngəzurla təhdid edib:
“Məndə olan məlumata əsasən, görüşdə Rusiya tərəfinin Sünikdə (Zəngəzur – red.) konsulluq açması və ümumilikdə Ermənistandakı diplomatik nümayəndəliklərin genişləndirilməsi təklif olunub. Lakin Mirzoyan hər iki təklifə etiraz edib və bəyənmədiyini bildirib. İrəvan rəsmi şəkildə təklifləri rədd edib. Deyiblər ki, Sünikin ruslaşması ermənilərə lazım deyil, orada nə qədər az rus olarsa, o qədər yaxşıdır. Lavrov isə bildirib ki, Sünik Ermənistanın tərkibində qalmasa, bu, ölkənin sonu olacaq.
Rusiyanın adamları tez-tez ölkəmizdə 2020-ci ildə imzalanan üçtərəfli sazişin mətni, xüsusilə də dəhlizlə bağlı 9-cu bəndin icrasını tələb edən çıxışlar səsləndirirlər. Əgər Bakı ilkin şərt qoyubsa, biz də analoji addım atmalı və məsələni parlamentdə müzakirəyə çıxarmalıyıq”.
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü
- Ödənişli yolla bağlı bu qanun 3-cü oxunuşdan keçdi