2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən bildirilib.
Ehtiyatdan çağırılanlar müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılıb.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.
- Londondan AZAL təyyarəsi ilə bağlı məktub göndərildi
- Bakıda fahişəliklə məşğul olan iranlı tələbələr qovuldu
- Trampın Bakı-İrəvan sülhünə nail olmaq fürsəti var
- Bu faktlar İrəvana yaxşı məlumdur - XİN
- Rusiya İK Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi
- ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?
- Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır - Video
- "Azercell"dən qadınların aqrobiznesinə dəstək