İndi belə bir saxtakarlığın ortaya atılmasından sonra Rusiya ilə Azərbaycan arasında müttəfiqlik məsələsinin müəyyən qüvvələri çox qıcıqlandırdığı aydınlaşır. Bu qüvvələr xüsusilə Rusiyanın özündə, eləcə də Azərbaycanda mövcuddur. Düşünürəm ki, belə saxtakarlıqlara ancaq real düşmənlər, Azərbaycanın və Rusiyanın açıq düşmənləri qadirdir.
Bunu BUTA.TV-a rusiyalı politoloq Yevgeni Mixaylov Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanlandığı iddia edilən saxta məktubu şərh edərkən deyib.
“Güman edirəm ki, burada Qərbin xüsusi xidmət orqanları işləyir və bu məlumatlar Ukrayna vasitəsilə yayılıb. Bu “sızmanın” Ermənistan tərəfindən də ola biləcəyi tamamilə mümkündür. Burada istədiyiniz qədər təxmin edə bilərsiniz. Göz qabağındadır ki, saxtakarlıqla mübarizə hazırda yüksək səviyyədədir. Prinsipcə, heç kim bunun saxta olduğuna şübhə etmirdi. Ölkələrimiz arasında münasibətlərdə heç bir problem yoxdur. Bizi bir-birimizə qarşı qoymağa çalışmaları isə göz qabağındadır. Bunun üçün isə AZAL-ın təyyarə qəzasından istifadə edirlər. Çünki yapışacaq başqa bir şeyləri yoxdur. Çünki bu, gərginliyi qızışdırmaq üçün istifadə edilə bilən yeganə vasitədir”, - o bildirib.
- Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olundu - Foto
- 71 yaşlı kişi qadın tanışının evində öldü
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı