İran ölkənin şimalındakı Gilan əyalətində 800 km-dək radiusda və 30 km-dək hündürlükdə fəaliyyət göstərə biləcək “Nəzir” adlı yeni radar yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə İranın “İsnyus” saytı məlumat yayıb.
Radarın Ermənistanın, Türkiyənin şərqini, Gürcüstanın əksər bölgələrini, Türkmənistanın qərb hissəsini, Qazaxıstanın cənub-qərbinin bir hissəsini, eləcə də Xəzər dənizinin səmasını müşahidə edəcəyi bildirilsə də, əslində onun təyinatı sırf Azərbaycanı izləmək üçündür. Çünki radarın qurulduğu Gilan bölgəsi Azərbaycan sərhədində yerləşir və niyə bu ərazidə quraşdırıldığı da aydındır.
Üstəlik, radarın müşahidə edəcəyi ölkələrin siyahısında Azərbaycanın adı bilərəkdən təhrif olunub və “Bakı hökuməti” göstərilib. Bu da İranın Azərbaycanla bağlı düşmənçilik niyyətlərini açıq-aydın göstərir.
“Gilan əyalətində “Nəzir” radarının fəaliyyətə başlaması ilə “Bakı hökumətinin” (Azərbaycan) səması və Xəzər dənizi İranın müdafiə şəbəkəsi tərəfindən daim nəzarət altında olacaq və istənilən düşmən hərəkətinin qarşısı alınacaq”, - sayt yazıb.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı