Türkiyənin Osmanlı İmperiyasını bərpa etməyə necə başladığını görə bilərsiniz. Bu, Rusiya və İran üçün böyük məğlubiyyətdir. Ukrayna ruslar üçün prioritetdir, bu isə bizim üçün çox təhlükəlidir, çünki Rusiya Qafqazda da eyni seçimi edə və bu bölgədən geri çəkilə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni ekspert, siyasi elmlər doktoru Artur Xaçikyan yerli mediaya açıqlamasında deyib.
“Bizə Türkiyədən deyirlər ki, növbəti sizsiniz, biz buranı (Suriyanı – red.) bitirib, Zəngəzura gələcəyik”, - deyə o iddia edib.
Xaçikyanın sözlərinə görə, İrana hücum ola bilər:
“Belə məlumatlar ABŞ mənbələrindən gəlir. İran da sarsıdıcı cavab verəcəyi ilə hədələyir. Əgər İrana hücum olsa, bizim tərəfimizdə dayanan sonuncu ölkə çox məşğul olacaq, dünyanın diqqəti başqa yerə yönələcək. Biz isə 1915 rəqəminə qayıdacağıq (Xaçikyan qondarma soyqırımı, əslində isə türklərə arxadan zərbə vurmaqlarını və xəyanəti xatırladır – red.)”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı