Moskvada Suriyanın devrilən prezidenti Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Sun” nəşri məlumat yayıb.
İddia olunur ki, Əsədi zəhərləyərək öldürmək istəyiblər:
“Əsəd şiddətli şəkildə öskürməyə və boğulmağa başlayıb. Dərhal həkimə müraciət edilib”.
Məsələyə münasibət bildirən hərbi mənbə sui-qəsd cəhdinin edildiyini düşünmək üçün bütün əsasların olduğunu deyib.
Əsədin evində müalicə olunduğu və vəziyyətinin bazar ertəsi stabilləşdiyi vurğulanıb.
Bildirilib ki, analizlər bədənində zəhər olduğunu göstərib.
Qeyd edək ki, Britaniya nəşri xəbərlə bağlı heç bir rəsmi mənbəyə istinad etməsə də, Rusiyadan bu iddiaya heç bir reaksiya verilməyib.
- Dünyanın ən bahalı şəhərləri: Bakının da adı var...
- Tramp Bakını seçəcək, İrəvanın seçimi… - “Stratfor”
- Mehriban Əliyeva xristian icmasını belə təbrik etdi
- Şahın nəvələri Bakıya bayraq sancıb, qalır Təbriz…
- Ruben Vardanyanın məhkəməsinin vaxtı məlum oldu
- 5 il öncə paltar reklamı ilə məğul idi, indi cərrahdır
- Almaniya prezidenti İlham Əliyevə başsağlığı verdi
- Moskva və Tehran bunun əvəzini Bakıdan çıxır – Şərh