Marketlərdə satılan paketləşdirilmiş meyvə şirələrinin zərərləri düşündüyümüzdən də çoxdur.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, terapevt İrina Nikulina bu şirələrin qadınlarda hormonal pozuntu və polikistoz yaratdığını bildirib.
“Xüsusən bayram süfrələrində yer alan, çox içilən içkilər qadın və gənc qızların sağlamlığına zərər verir. Paket meyvə şirələri, hansı ki, qadınlar təbii şirə adıyla içir, qanda qlükozanı qəfil qaldırır, perspektivdə diabet və ürək xəstəlikləri yaradır.
Hazırda bu patologiyadan dünyada və Rusiyada hər 4 qadından biri əziyyət çəkir. Bir stəkan belə şirə günlük şəkər normasını aşır. Süni rəng, qatqı və dadlandırıcı ilə zəngin bu içkilər bağırsaq mikroflorasını pozur, psixikaya belə təsir edir.
Qadınlar üçün digər zərərli içki hətta alkoqolsuz olsa da, pivədir. Pivə qadınlarda yumurtalıqların polikistozu, eləcə də süd vəzi xərçəngi yaradır.
Dietik içkilər, qazlı içkilərdən də uzaq durun. Hətta üzərində “şəkərsiz” yazılsa belə, şəkər əvəzi istifadə edilən şəkərəvəzediciləri adi şəkərdən 4 dəfə daha güclü və zərərlidir.
Bu içkilər metobolizmi pozur, intensiv piylənməyə səbəb olur. Qadın orqanizmi üçün faydalı içkilər adi mineral su, təmiz su, qırmızı şərabdır”, - terapevt qeyd edib.
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı