Yaranmış vəziyyətdə bizim fədakar pilotlarımız təyyarəni Aktau şəhərinə çatdırmağa nail olub və qəza enişi ediblər. Əgər aviasiya tarixini araşdırsaq, görərik ki, bu cür qəza enişləri zamanı çox nadir hallarda heyət üzvləri işini peşəkar qaydada yerinə yetirə bilib.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərtac-a AZAL-ın təlimatçı-kapitanı Rafiq Hüseynov Bakı-Qroznı uçuşunu yerinə yetirərkən Aktauda qəzaya uğrayan təyyarədə həlak olan həmkarları haqqında danışarkən deyib.
“Bu hadisə bir daha göstərdi ki, Azərbaycan pilotları, təyyarə bələdçiləri işlərinin peşəkarıdırlar”, - deyə kapitan Rafiq Hüseynov bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı