Yaranmış vəziyyətdə bizim fədakar pilotlarımız təyyarəni Aktau şəhərinə çatdırmağa nail olub və qəza enişi ediblər. Əgər aviasiya tarixini araşdırsaq, görərik ki, bu cür qəza enişləri zamanı çox nadir hallarda heyət üzvləri işini peşəkar qaydada yerinə yetirə bilib.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərtac-a AZAL-ın təlimatçı-kapitanı Rafiq Hüseynov Bakı-Qroznı uçuşunu yerinə yetirərkən Aktauda qəzaya uğrayan təyyarədə həlak olan həmkarları haqqında danışarkən deyib.
“Bu hadisə bir daha göstərdi ki, Azərbaycan pilotları, təyyarə bələdçiləri işlərinin peşəkarıdırlar”, - deyə kapitan Rafiq Hüseynov bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı