Ruslar Çeçenistan ərazisində olan və AZAL-a məxsus təyyarənin vuran "Pantsir-S" HHM sistemini Qrozundan çıxardılar.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı tarixçi alim Zaur Əliyev paylaşıb.
“Pantsir-S” sisteminin çıxarıldığını əks etdirən foto da yayan alim bunun izi itirmək üçün edilə biləcəyini də vurğulayıb.
“Pantsir-S” sistemi Qroznıya Ukrayna PUA-larının “Əhməd” xüsusi təyinatlılarının bazasına zərbə endirildikdən sonra gətirilmişdi.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı...
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı