Rusiyanın "IrAero", "Ural Airlines" və "UTair" aviaşirkətləri Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana reysləri ləğv edib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, "UTair" Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil.
Eyni zamanda, "UTair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri saxlanılır.
"IrAero" Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri cədvəldən çıxarıb. Bu reyslərə biletlər bronlaşdırma sistemindən tamamilə silinib. "IrAero"nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya reysləri qalır.
"Ural Airlines" Soçidən uçuş proqramında dəyişiklik edib. Moskva və Yekaterinburqdan Bakıya reyslərin biletləri satışda qalıb.
Qeyd edək ki, Azərbaycandan Rusiyanın 10 şəhərinə - Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırılıb.
- Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb
- Azər Baxşəliyevə böyrək köçürüləcək? - Rəsmi
- Sərhəddə toqquşma: Pekin niyə narahatdır?
- İrəvan-Bakı münasibətlərinin normallaşması... - Polşa
- Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı
- Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır!
- Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO
- Bakıdan göndərilən yardım TIR-ları Türkiyəyə çatdı