Təyyarə qəzasında həlak olanların hamısının cəsədləri hələlik müəyyən edilməyib
BUTA.TV xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
O bildirib ki, hazırda genetik tədqiqatlar davam edir.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq edib.
- Rusiya əlindən gələni edəcək ki, Bakı və İrəvan... - Səfir
- Rusiya Azərbaycandan alır, amma Ermənistan…
- Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi
- Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!
- Maskdan Zelenskiyə: Bütün zamanların çempionu...
- Paketləşdirilmiş şirələr ürəyi sıradan çıxarır
- Bu proqramları dərhal silin: kart məlumatlarını oğurlayır
- Azərbaycanda generala yüksək vəzifə verildi