Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BUTA.TV xəbər verir ki, telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Qeyd edək ki, Putin bugünkü telefon danışığında İlham Əliyevdən baş verən hadisəyə görə üzr istəyib.
- Gürcüstan azərbaycanlıları buna görə üzr tələb edir - Foto
- Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?
- TƏBİB-dən evə buraxılan 9 yaralı ilə bağlı yeni açıqlama
- İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto
- TDT rəhbəri Azərbaycanı təbrik etdi
- Benzin və dizellə bağlı mühüm dəyişiklik oldu - Qərar
- Milli Qəhrəmanlardan kimlər sağdır? - Siyahı
- Zakir Həsənov Baş Klinik Hospitalda - Video