Güclü siyasi qüvvələr indi təyyarə qəzasından sui-istifadə edərək Rusiya ilə Azərbaycan arasında münasibətləri kəskin şəkildə pisləşdirməyə çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
“Onlar şəxsən prezidentlər arasında dava salmağa çalışır. Bu, ilk növbədə Qərb kəşfiyyat orqanları tərəfindən həyata keçirilir. Və Qərb mediası vasitəsilə. Eləcə də Rusiyanın daxilində və xaricdə türkofob qüvvələr tərəfindən. Rusiya ilə Azərbaycan arasında çəkişmə yaratmaq məqsədi ilə eyni vaxtda bir neçə güclü məlumat kampaniyası aparılır. Onlar üçün bu, qızıl fürsət günləridir. Rusiya və Azərbaycan üçün isə faciəli günlər, siyasi baxımdan ağır günlərdir”, - o bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı