Təyyarə qəzasına görə onlar da Aktauya gəldi

14:20 - 28 Dekabr 2024 - GÜNDƏM

 Təyyarə qəzasına görə onlar da Aktauya gəldi

Dekabrın 28-də Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) təhqiqat komissarları Aktau şəhərinə gəliblər.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumat yayıb.

Bundan əvvəl “Embraer” təyyarələri istehsal edən müəssisənin nümayəndələri Braziliyadan Aktauya gəlib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Bu xəbər hal-hazırda çox oxunur
Putin yenidən İlham Əliyevə zəng etdi - Təcili

Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol