ABŞ Prezidenti Cozef Bayden “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu “News Nation”un efirinə telefonla bağlanan Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı C.Baydenə mütəmadi olaraq məlumatlar verilir.
“Bu hadisə fəal şəkildə araşdırılır. Biz həm diplomatik, həm də Milli Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycan hökumətinə ehtiyac olduğu halda araşdırmaya yardım etməyə hazır və istəkli olduğumuzu çatdırdıq”, - deyə o bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı