BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd Azərbaycana başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin X hesabında paylaşım edilib.
"BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin faciəvi qəzasında həlak olanların xatirəsi üçün açılmış kitabın imzalamaq üçün bu gün Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində olub", - məlumatda bildirilib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş!
- Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?
- Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra?
- Ceyms Obrayn Azərbaycana başsağlığı verdi
- Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN
- Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam
- Plenkoviçdən Əliyevə: Ürəkağrıdıcı hadisədir...
- Həlak olanların cəsədləri tam müəyyən edilməyib? - Bozumbayev