Qəzadan sonra ona zəng etdim. 38 saniyə danışdıq. Son sözü "vəziyyətim yaxşı deyil" oldu.
BUTA.TV xəbər verir ki, bunu Bizim.Media-ya təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin ən yaxın dostu Müzəffər Mirzəyev deyib.
"35 ildir ki, yaxın dost idik. Çox gözəl pilot və ailə sahibidi idi. Məhləmizə elə insan heç vaxt gələ bilməz. Nəvəm zəng elədi ki, İqor əmi qəzaya düşüb. Anında zəng etdim, 12:29-da danışdıq. Sadəcə 38 saniyə danışdıq. Səsi batmışdı".
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?
- Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra?
- Ceyms Obrayn Azərbaycana başsağlığı verdi
- Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN
- Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam
- Plenkoviçdən Əliyevə: Ürəkağrıdıcı hadisədir...
- Həlak olanların cəsədləri tam müəyyən edilməyib? - Bozumbayev
- Rusiyadan təyyarə qəzası ilə bağlı yeni məlumat