Çeçenistan lideri Ramzan Kadırov dekabrın 26-da Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Həmzət Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
BUTA.TV Publika.az-a xəbər verir ki, Xamzat Kadırov dekabrın 25-də Çeçenistan səmasında Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı.
Onun təltif edilməsi Ukrayna PUA-larının vurulmasına görədir.
AZAL-ın təyyarəsi də məhz Çeçenistandakı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Artıq bununla bağlı faktlar hökumətdəki mənbələr tərəfindən də təsdiq edilib və Azərbaycan Rusiyanın üzr istəməsini, cinayətkarların cəzalandırılmasını gözləyir.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Rusiyadan təyyarə qəzası ilə bağlı yeni məlumat
- Rumıniya lideri də İlham Əliyevə məktub göndərdi
- Medvedyev İlham Əliyevə məktub göndərdi
- Dövlət vəsaitinin icrasında əsassız ödənişə yol verilir
- İtaliya prezidenti də Azərbaycana başsağlığı verdi
- Prezidentdən ARDNF-in investisiya siyasəti ilə bağlı fərman
- Bakının 6 avtobus marşrutu müsabiqəyə çıxarılır
- Qəzada həlak olan 24 nəfərin nəşi Bakıya gətirilir