Xəbər verdiyimiz kimi, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, Qroznıda AZAL təyyarəsinin enişə cəhd zamanı Rusiya HHM sisteminin zərbəsinə tuş gəldiyi və zədələndiyi, bu səbəbdən də qəzaya uğradığı artıq yəqinləşib.
Qroznı üzərində zədələnən təyyarənin Qroznı, Mahaçqala, Minvod və digər yaxın aeroportlara enməsinə Rusiya tərəfindən icazə verilməməsi və təyyarənin Xəzər dənizi üzərinə göndərilməsi isə aşağıdakı beynəlxalq konvensiyaların pozulması deməkdir:
- 1944-cü il Çikaqo Konvensiyası;
- 1958-ci il Cenevrə Konvensiyası;
- 1963-cü il Tokio Konvensiyası;
- 1970-ci il Haaqa Konvensiyası;
- 1971-ci il Monreal Konvensiyası;
- 1988-ci il Monreal Konvensiyası.
Həmçinin bununla Rusiya 1996-cı il Azərbaycanla Rusiya arasında hava əlaqəsi haqqında Sazişin də kobud surətdə pozub.
Qeyd edək ki, təyyarənin Aktau hava limanında qəzaya uğraması nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı