Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşən təyyarədə həlak olan Anar Babayev Rusiyanın Çeçenistan Muxtar Respublikasının Qroznı şəhərində işləyib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu onun atası Zöhrab Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dağıstandan Azərbaycana indi gəlib:
"Oğlumla dünən əlaqə saxlamışdım. Telefonunun enerjisi yox idi. Mənə demişdi ki, təyyarədən enən kimi zəng vuracaq. Saat 9-da xəbər gəldi ki, qaza olub. Ondan bir müddət sonra ölüm xəbərini eşitdik. Qroznıda işləyirdi. Evli olsa da, uşağı yox idi. Bizə nəşinin gətirilməsi ilə bağlı hər hansı məlumat verilməyib".
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı