Əgər təyyarə vurulubsa, kiminsə sağ qalması möcüzədir.
BUTA.TV xəbər verir ki, bunu “Boinq” təyyarələrinin təlim kapitanı, aviasiya eksperti Ceyms Şepard bildirib.
“Əgər təyyarə vurulubsa - quyruğundakı qəlpə zədələnməsinə əsasən belə görünür - o zaman uçuş heyətinin onu havada və uzun müddət nəzarət altında saxlaması heyrətamizdir. Kiminsə sağ qalması isə möcüzədir”, - o bildirib.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya düşüb. Qəza nəticəsində göyərtədə olan 67 sərnişin və ekipaj üzvündən 29 nəfər sağ qalıb.
Quyruğundakı dəliklər təyyarənin qəlbədən zədələndiyi haqda ehtimal yaradıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı