Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan biri də Ramin Ağayevdir.
Axara.z Modern.az-a istinadla xəbər verir ki,, o, Rusiya vətəndaşı olub və Moskvada yaşayıb.
28 yaşlı Ramin Ağayev Kirovda yerləşən Vyatka Dövlət Universitetində jurnalistika oxuyub. O, Ural Hava Yollarında stüard işləyirmiş.
Ramin dekabrın 24-də altı yaşlı qardaşı oğlunu nənəsinin yanına aparmaq üçün Bakıya uçub. Dekabrın 25-də Qroznıya uçmalı, oradan da Moskvaya getməli idi.
Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...
- Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı...
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi