Dünən AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından əvvəl göyərtədən çəkilən görüntülər diqqət cəlb edib.
BUTA.TV xəbər verir ki, görüntülərdə qadın sərnişinin ayağından yaralandığı, yerdə qan izləri aydın görünür.
Hətta oturacaqların birində də zədə izləri kadrda əks olunub.
Qadının necə, hansı şəraitdə zədələndiyi bəlli deyil. Bu isə kənar müdaxilə nəticəsində təyyarəyə yad cisim (qəlpə) daxil olduğu haqda ehtimalları gücləndirir.
Qəzadan dərhal sonra xilasetmə işləri zamanı çəkilən görüntülərdə yenə həmin qadın yer alır və bu dəfə ayağı sarıqlı şəkildə. Görünür ki, qəzadan əvvəl qadına təyyarədə ilkin tibbi yardım göstərilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı