Qəzadan sağ çıxan sərnişin: Hökümə sona qədər... – Video

11:12 - 26 Dekabr 2024 - GÜNDƏM

 Qəzadan sağ çıxan sərnişin: Hökümə sona qədər... – Video

Aktauda qəzaya uğrayan təyyarənin ekipajı sərnişinləri son dəqiqəyə qədər sakitləşdirib və onları sərt eniş üçün hazırlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə RT-yə qəzada sağ qalan sərnişin Sübhonkul Rəhimov deyib.

S.Rəhimov xüsusilə baş təyyarə bələdçisinə təşəkkür edib:

“Halaldı ona. Özünü möhkəm saxlamağa çalışırdı. O, bu halda necə davranmaq barədə göstərişlər verirdi. Dedi ki, indi bizə göstərəcək, əlləri düzgün bükməliyik ki, hər şey təlimata uyğun olsun. O öz tapşırıqlarını ürəkdən yerinə yetirirdi”.

Bu xəbər hal-hazırda çox oxunur
Yeni BAHALAŞMA gəlir: Nə olacaq?

Onun sözlərinə görə, partlayışdan sonra təyyarədə panika yaranıb, oksigen maskaları yerə düşüb, lakin ekipaj üzvləri sərnişinləri sakitləşdirib.

Təyyarə qəzaya uğradıqdan sonra S.Rəhimov kəmərindən asılı vəziyyətdə qalıb. Özü özünü xilas edib:

“Artıq oturacağın arxasında qarışıqlıq idi. Orada qadın yıxılıb qalmışdı, o əzilmişdi. Onun şüuru özündə idi. Onu qaldırmağa çalışdım, amma o, heç cür danışa bilmədi, dedi: “Belim ağrıyır”.

Qeyd edək ki, Sübhonkul Rəhimov bəhs etdiyi ekipaj üzvü AZAL-ın baş təyyarə bələdçisi Hökümə Əliyevadır. Onun qəzada həlak olduğu artıq təsdiqlənib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol