BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BUTA.TV xəbər verir ki, o, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini deyib.
“Düşüncələrim və dualarım bu dağıdıcı itkidən əziyyət çəkənlərin yanındadır. Bu çətin zamanda güc, rahatlıq və təsəlli tapmalarını diləyirəm”, - deyə Filemon Yanq bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı