Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç nəfərin vətəndaşlığı isə dəqiqləşdirilir.
BUTA.TV Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qaynar xətt telefonlarına 571 müraciət daxil olub.
Hadisə yerinə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, fövqəladə hallar naziri general-mayor Çingis Arinov, nəqliyyat naziri Marat Karabayev, fövqəladə hallar üzrə nazir müavini Kegen Tursınbayev və Hökumət Komissiyasının üzvləri gəliblər.
Tupkaraqan rayonu hakimiyyətinin sərəncamı ilə yerli miqyasda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Fəsadların aradan qaldırılmasına 482 nəfər, 97 texnika, 2 hava gəmisi və 10 kinoloq briqadası cəlb olunub.
Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında videoəlaqə vasitəsilə koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.
Qeyd edək ki, daha öncə yayılan məlumatda sağ qalanlardan 14-nün Azərbaycan vətəndaşı olduğu bildirilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı