Gürcüstanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə xarici işlər qurumunun X sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
"Baş vermiş faciə bizi dərindən sarsıtdı. "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar dərin kədər hissi keçirir, həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik. Bu çətin anlarda ölkəmiz sizinlədir", - məlumatda bildirilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı