Prezidentdən göstəriş: Onlar da Aktauya ezam olunur

16:28 - 25 Dekabr 2024 - GÜNDƏM

 Prezidentdən göstəriş: Onlar da Aktauya ezam olunur

Prezident İlham Əliyev AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı keçirdiyi müşavirədə bir sıra tapşırıqlar verib.

BUTA.TV xəbər verir ki, dövlət başçısı deyib ki, bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurmuş və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı ona məlumat verilib:

“Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndüm. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilib”.

İlham Əliyev əlavə göstərişlə Azərbaycan həkimlərindən ibarət briqadaların da Aktau şəhərinə tezliklə ezam olunacağını vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Kadırovun təklifindən Bakı imtina etdi - Təcili

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol