Özbəkistan Prezidenti Şövkət Mirziyayev Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinə başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
"Özbəkistan Prezidenti Şövkət Mirziyayev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib", - məlumatda qeyd olunub.
Ş. Mirziyayev yaralılara tezliklə sağalmalarını arzu edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı