Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə Putin Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində çıxışında bildirib.
O, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin tibb işçiləri və avadanlıqları ilə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan yerə uçduğunu söyləyib.
Putin əmin olduğunu bildirib ki, Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı hərtərəfli araşdırma aparılacaq.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı