İlham Əliyev indi şahidi olduğumuz dünya xaosu fonunda mütləq qala kimi görünür.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya açıqlamasında “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Dmitri Kiselyov Azərbaycan Prezident İlham Əliyevlə müsahibəni şərh edərkən deyib.
“O, sabitliyə və ənənəvi dəyərlərə sadiq qalan güclü geosiyasi oyunçudur. İlham Əliyev əvvəllər ona verilməyən sualları cavablandırıb. Kadrda cavabları necə düşündüyü görünürdü, nəticədə şablon cavablar vermədi, prinsipcə suallara cavab verməkdən yayınmaq istəmədi. Azərbaycan Prezidenti qaldırılan mövzulara aydın və dolğun cavab verdi”, - o bildirib.
Kiselyov qeyd edib ki, dövlət liderlərinin müxtəlif cavab üslubları var:
“Mənim ünsiyyətdə təcrübəm var idi, məsələn, Qorbaçov belə cavab verməyi xoşlayırdı: sən ondan nəsə soruşursan, o da deyirdi ki: “Xeyr, mən sənə belə deyəcəm”. Və başqa mövzuda danışmağa başlayırdı. İlham Əliyev isə cavab verməkdən çəkinməyənlərdəndir. O, həmsöhbətini dinləyir, deyilən hər sözü dinləyir və dəqiq cavab verir, özünəməxsus yumor hissi və eyni zamanda, verdiyi cavablar dərin düşüncələrin və geniş siyasi təcrübənin, ölkəsinə sonsuz məhəbbətin bəhrəsidir”.
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
- Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
- Karasevin Bakıya dil uzatmasına Kremldən cavab
- Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...
- Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
- Zəngəzur dəhlizi üçün yüzmilyonlar xərcləmişik. Niyə? - Video
- Pezeşkian Azərbaycana səfərə hazırlaşır