Dünən axşam Bakıda 33 yaşlı qadının başına daşla vurulub öldürülməsi hadisəsinin bəzi detalları məlum olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, cinayətdə şübhəli bilinərək tutulan 29 yaşlı İgid Rəcəbzadə ilə qətlə yetirilən Elnarə İbrahimova qeyri-rəsmi nikahda yaşayırmış. Lənkəran rayon sakini olan cütlük paytaxtda ev kirayələyərək birgə qalıb.
Həmçinin E.İbrahimovanın kafedə ofisiant kimi işlədiyi bildirilir.
İlkin məlumata görə, İ.Rəcəbzadə Maştağa qəsəbəsində küçədə Elnarə ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, yerdən daş götürərək qadının başına vurub.
Ağır xəsarətlər alan Elnarə İbrahimova həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Əliyevin sözləri erməniləri həyəcanlandırdı: “Qardaş Afina”…
- Paşinyan Azərbaycanla bağlı deyir ki... - Lavrina
- Yerdən daş götürərək Elnarənin başına vurub... - FOTO
- “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resurslarla xalqımıza qara yaxırlar”
- “Atam da, mən də ilk rəsmi səfərimizi Fransaya etmişik”
- Hərbi xidmətlə bağlı yeniliklər: kimlərə şamil ediləcək?
- Generalın öldürülməsi Rusiyanın zəifliyidir… - Ekspert
- Rusiyanın səyləri nəticəsində Bakı və İrəvan… - Gerasimov