Emin Ağalarov bu ölkədə də “Sea Breeze” turizm mərkəzi tikir

23:12 - 16 Dekabr 2024 - GÜNDƏM

 Emin Ağalarov bu ölkədə də “Sea Breeze” turizm mərkəzi tikir

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin layihəsini Özbəkistan Prezidenti Şövkət Mirziyayevə təqdim edib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, E.Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikməyə hazır olduqlarını bildiriblər.

Məlumata görə, Mirziyayev bu təklifi dəstəkləyib, mərkəzin qabaqcıl beynəlxalq təcrübə əsasında layihələndirilməsi və mərhələli şəkildə tikintisinin zəruriliyini qeyd edib. O, Baş nazirin rəhbərlik etdiyi komissiyanın yaradılması və layihənin həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanması, o cümlədən infrastruktur məsələlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol