Yaş həddi çoxdan aşağı salınmalı idi. Əvvəl müharibə vəziyyətində olduğumuz üçün belə qərarlar verə bilmirdik.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi haqda danışarkən deyib.
Hərbi ekspert bildirib ki, bəzi məsələlərdə gecikirik:
“Artıq hərbi qanunvericilik təkmilləşdirilməlidir. 18 yaşlı gəncin fiziki imkanları ilə 35 yaşındakı insanın imkanları eyni deyil. İnsanın müəyyən fiziki göstəriciləri var, onlar eyni gücə sahib deyil. Bu insan üçün diskomfort vəziyyətdir. Ona görə də bizə peşəkar əsaslarla hərbi xidmətə çağırış həyata keçirmək lazımdır".
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilib.
- Müəllim şagirdi stulla vurdu, cəzalandırıldı - Video
- Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
- Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
- Separatçıların cinayət işi məhkəməyə göndərildi
- Arvadını və qızını öldürən şəxslə bağlı qərar verildi
- İşdən çıxarılan səfir həbs edilə bilər - Şok mənimsəmə
- Niderland səfiri sərhədimizə gəldi
- Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan