İki gün əvvəl Bakıya səfər etmiş argentinalı ulduz futbolçu Leonel Messinin erməni iş adamları ilə əlaqəsi barədə dünya mediasında çox sayda məlumatlar yayımlanıb. Onlardan biri də futbolçunun şəxsi biznesinin idarəçiliyini erməni sahibkara həvalə etməsi ilə bağlıdır. 2022-ci ildə Leo Messi özünün “Play Time” investisiya şirkətini yaradıb.
BUTA.TV Missiya.az-a istinadla xəbər verir ki, şirkət ABŞ-da yerləşir və idman, texnologiya, mediaya sərmayə qoymaq üçün yaradılıb. Messi yeni biznesini erməni əsilli sahibkar Razmiq Hovaqimyana həvalə edib. Futbolçu Razmiqi “ böyük dostum” deyə təqdim edir .
Qeyd edək ki, Razmiq Hovaqimyanın rəhbərliyində təmsil olunduğu şirkətlər Barselona futbol klubunun sponsorlarıdır. Messi qondarma erməni soyqırımını rəsmən tanımış Argentinanın Rosario şəhərində anadan olub. Bu şəhərdə erməni icması xüsusi fəallığı ilə seçilir. Yerli Rosario Universitetində ermənişünaslıq şöbəsi var. Şəhərin əsas parkında isə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Görünür, Messinin Bakıya səfəri barədə paylaşım etməməsinin səbəbi onun erməni sevgisidir....
Bakıya səfərini milyonluq səhifələrində susqunluqla ötüşdürən Messi ötən il ermənilərin ona həsr etdikləri videonu həvəslə paylaşmışdı. Videonun başlığı da belədir: “Messinin erməni kökləri”.
Video ilə BURADAN tanış ola bilərsiniz.
- Müəllim şagirdi stulla vurdu, cəzalandırıldı - Video
- Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
- Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
- Separatçıların cinayət işi məhkəməyə göndərildi
- Arvadını və qızını öldürən şəxslə bağlı qərar verildi
- İşdən çıxarılan səfir həbs edilə bilər - Şok mənimsəmə
- Niderland səfiri sərhədimizə gəldi
- Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan