Hökumət, nəhayət ki, özəl pensiya fondu ilə bağlı yeni qanunvericilik bazasının yaradılmasına qərar verdi, hələ detalları tam açıqlamayıblar, amma belə bir qərar müsbət addım olacaq.
BUTA.TV xəbər verir ki, bu fikirləri ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli özəl pensiya fondu ilə bağlı danışarkən deyib.
O, özəl pensiya fondu ilə bağlı mühüm təkliflər səsləndirib:
“Yeni qanunda mütləq vətəndaşın DSMF-də olan yığımını istədiyi halda və tam şəkildə özəl təqaüd fonduna köçürmək imkanı olmalıdır. Vətəndaşların fərdi müqavilə və ödəniş həcmini özəl fondlarla razılaşdırmaq hüququ da təsbit edilməlidir. Vətəndaşa DSMF və özəl fondlarda toplanan vəsaitinə sərəncam hüququ verilməlidir: o vəsaiti vərəsəliklə dövr edə, müəyyən hissəsini özü xərcləyə bilər və s. Özəl təqaüd fondlarının vəsaiti dövlət tərəfindən tam sığortalanmalıdır ki, özəl fondlarla bağlı problem yarananda vətəndaşlar öz vəsaitini tam qoruya bilsin. DSMF və özəl təqaüd fondları topladığı, vətəndaşın fərdi hesabında olan vəsait üçün hər il sonunda, ən azı, inflyasiya səviyyəsi qədər indekləşmə ödəməlidir. Özəl təqaüd fondlarının iqtisadiyyata o zaman böyük dəstəyi olur ki, onlar investora çevrilib risksiz (ya da minimum riskli) sahələrə yatırımlar edirlər. Bunun üçün isə ölkədə investisiya mühiti yaxşılaşdırılmalı, rəqabətli şərait formalaşmalıdır. Özəl təqaüd fondları yatırımdan qazandıqları vəsaitin bir hissəsini öz üzvlərinə pay kimi il sonu ödəməlidir”.
- Müəllim şagirdi stulla vurdu, cəzalandırıldı - Video
- Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
- Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
- Separatçıların cinayət işi məhkəməyə göndərildi
- Arvadını və qızını öldürən şəxslə bağlı qərar verildi
- İşdən çıxarılan səfir həbs edilə bilər - Şok mənimsəmə
- Niderland səfiri sərhədimizə gəldi
- Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan