Lotoreyanın qeydiyyata alınması üçün lotoreya təşkilatçılarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb olunacaq.
BUTA.TV xəbər verir ki, bununla bağlı "Lotereyalar haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir.
Dəyişikliyə əsasən, lotereyanın qeydiyyata alınması üçün ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı