COP29 Sədrliyi bəyanat yaydı

16:38 - 22 Noyabr 2024 - GÜNDƏM

 COP29 Sədrliyi bəyanat yaydı

COP29 Sədrliyi danışıqlarda son vəziyyətlə bağlı bəyanat yayıb.

BUTA.TV bəyanatın mətnini təqdim edir:

“COP29 sədrliyi il ərzində tərəflərin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb. Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik.

Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün 100 milyard ABŞ dolları məbləğində vəsaitin 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir. Tərəflərlə razılaşdırıla bilinməyən vacib məsələlərə yekun düzəlişlər üçün onlarla daha sıx işləyəcəyik. Biz daha çox şəffaf və inklüziv çalışacağıq ki, daha yüksək ambisiyalı mümkün nəticəni əldə edək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol