Avropa Birliyinin Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlər.
BUTA.TV xəbər verir ki, bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.
Məlum olub ki, saat 10:25-də Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan Aeroportunun ərazisinə Sünik kəndi istiqamətindən AB-yə məxsus 2 ədəd "Toyota" markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər AB-nin əməkdaşının düşməsi (1 nəfər qadın) bizim ərazini müşahidə etməsi görüntülənib. Saat 11:20-də Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobillərinin gəlməsi, avtomobillərdən 5 nəfər Aİ-nin əməkdaşlarının düşməsi, müşahidə cihazı ilə ərazilərimizi müşahidə etmələri qeydə alınıb.
Quşçu Ayrım kəndi istiqamətində isə saat 11:00-də sərhəddə, Tiflis-İcevan magistral yolunda 3 ədəd nəqliyyat vasitəsinin dayanması və 3 nəfər AB əməkdaşının ərazini müşahidə etməsi müşahidə olunub.
Sözügedən kənd istiqamətində saat 12:40-da Tiblisi-İcevan magistral yolunda AB-yə məxsus 2-ədəd nəqliyyat vasitəsinin dayanması və 6 nəfər əməkdaşın bizim ərazilər istiqamətində çəkiliş və müşahidə aparması müşahidə olunub.
AB-yə məxsus olan 2 ədəd "Jeep" markalı avtomobil sərhəddin digər istiqamətində 5 şəxsin Azərbaycan ərazisini müşahidə etməsi qeydə alınıb.
Bu aktivləşmələr bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.
AB "müşahidəçiləri"nin erməni hərbçilərlə birgə sərhəd "reydlərini" Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.
AB ununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək