Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik.
BUTA.TV xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş COP29 çərçivəsində media üçün keçirilən brifinqdə deyib.
"Yenə deyirəm, bizə lazım olan şey aydındır: Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair saziş. Müxtəlif komponentlər vasitəsilə bu məqsəd inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyəni səfərbər etməlidir", - o bildirib.
A.Quterreş qeyd edib ki, maliyyə artımı vacibdir:
“Hər bir hökumətə eyni zamanda emissiyaların azaldılmasını sürətləndirərək, təmiz, ucuz bərpa olunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı verilməlidir. Bütün ölkələrin özlərini və insanlarını iqlim fəlakətindən qorumaq və xalqlar arasında inam yaratmaq üçün maliyyə artımı vacibdir”.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu