Ukrayna Silahlı Qüvvələri Amerikanın ATACMS ballistik raketləri ilə Rusiya Federasiyasının Bryansk vilayətinə hücum etdi. Bu, “Nyu York Tayms”ın sızdırdığı məlumatı təsdiqləyir.
Bu sözləri BUTA.TV-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Vitali Arkov deyib.
“London və Paris isə vəziyyətin dəyişməz qaldığını bəyan edərək, Kiyevə “Storm Shadow/SCALP-EG” raketinin istifadəsini genişləndirməyə icazə vermədiklərini bildiriblər. Berlinin mövqeyi də dəyişməz olaraq qalır, almanlar Kiyevə “Taurus” raketlərini verməkdən imtina etdiklərini təsdiqləyiblər. Əksinə, kansler Şolts bu yaxınlarda 2022-ci ildən bəri ilk dəfə Putinlə telefon əlaqəsi saxlayıb və Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə edib. Hesab edirəm ki, cənab Şolts təkcə Almaniya deyil, Qərb ölkələrinin koalisiyası adından danışıb, bir növ danışıqlar aparan şəxsə çevrilib.
Beləliklə, dəqiqləşdirə bilərik: Kiyev Baydendən ATACMS ballistik raketlərinin istifadəsini genişləndirmək - beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər daxilində Rusiya bölgələrini vurmaq üçün icazə aldı. Tamamilə aydındır ki, Rusiya nüvə silahından istifadə də daxil olmaqla, mümkün qədər sərt cavab verəcək”, - ekspert bildirib.
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
Arkovun sözlərinə görə, mümkün nüvə zərbəsi təkcə Kiyevin əsas qərar qəbuletmə mərkəzlərinin yerləşdiyi Kiyevə deyil, həm də ABŞ-ın Avropadakı hərbi obyektlərinə endiriləcək:
“Məsələn, Kiyev rejimini bir çox digər NATO üzvlərindən daha fəal dəstəkləyən Polşaya. Yeri gəlmişkən, Polşa təkcə silahla deyil, həm də canlı qüvvə ilə Ukraynanı dəstəkləyir. Berlində buna səssiz də olsa, sevinəcəklər, çünki Varşava son illərdə onların qanını aktiv şəkildə qaraldır. Ancaq ümid edirəm ki, ssenari belə inkişaf etməyəcək və geniş müzakirə olunan vəziyyət başqa məqsədlər güdür:
Birincisi, Amerikadaxili – demokratların vəzifədən gedən komandası günahı respublikaçıların üzərinə qoyur. Aydındır ki, ABŞ-ın bu cür hərəkətləri Trampın Ukrayna münaqişəsinin həllində vasitəçiliyini mümkün qədər çətinləşdirmək məqsədi daşıyır.
İkincisi, müzakirə olunan qərarın Kremlə təzyiq göstərmək, onu Rusiya üçün əlverişsiz danışıqlar şərtlərini qəbul etməyə inandırmaq məqsədilə Bayden və Tramp komandaları tərəfindən razılaşdırıldığını istisna etmək olmaz.
İndi dünya ictimaiyyəti Rusiya Silahlı Qüvvələrinin bütün döyüş təmas xətti boyunca necə uğurla irəlilədiyini izləyir. Yeri gəlmişkən, Ukraynada Rusiya ilə “yeni sərhəddə” (hazırkı cəbhə xətti, Rusiyanın işğal etdiyi əraziləri saxlamaqla – red.) demilitarizasiya zonasının yaradılması Tramp komandasının ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Cey Devid Vens tərəfindən səsləndirilən sülh planının bəndlərindən biridir”.
- Zaxarovadan COP29-la bağlı açıqlama
- COP29-a qarşı çıxdıq: Bakıya kim gəldi, biz nə qazandıq? - İrəvandan baxış
- Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?
- İrəvan təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
- Müəllimlərin maaşı artdı
- Azərbaycanlı qadın Türkiyədə güllələndi - VİDEO
- Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Ermənistan daha 78 ədəd ATAGS alır - Təcili