COP29-da iştirak üçün ABŞ nümayəndə heyətinin tərkibində ölkəmizə gələn, Azərvaycana qarşı çıxışları və qatı ermənipərəst mövqeyi ilə tanınan Frank Pallone Bakını tərk etməsi haqda ilk dəfə danışıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, konqresmen X platformasındakı paylaşımda ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini bildirib.
O, Bakıdakı etirazlardan sonra Azərbaycanı tərk etməli olduğunu deyib. Lakin Ermənistan və ermənilərlə bağlı “mübarizəni” davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-dakı erməni lobbisi ilə uzun illərdir sıx əlaqələri olan Frank Pallone Konqresdə daim Azərbaycana qarşı mövqeyi və ittihamları ilə seçilib. O, COP29-da iştirak üçün Vaşinqtonun nümayəndə heyətinin tərkibində noyabrın 16-da Bakıya gəlib. Onun ölkəmizə səfəri ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Azərbaycandan üzr istəməsi və ölkəni tərk etməsi tələbi ilə aksiya keçirilib. Pallone bundan sonra gizli şəkildə ABŞ-a qayıdıb.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video