Bu plan Donald Trampın təklif etdiyi planla üst-üstə düşür. Türkiyə son bir ildə diplomatik görüşlərdə bu layihəni irəli sürməyə çalışıb. Uğurlu ola bilər, lakin ortaya yeni bir problem çıxıb.
Bu sözləri BUTA.TV-a türkiyəli analitik Engin Özər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 sammitində Ukraynadakı cəbhə xətti boyunca münaqişənin dondurulmasına dair təklif irəli sürəcəyi barədə yayılan məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, Ərdoğanın təklifinin baş tutması üçün hazırkı şərtlər uyğun gəlməyə bilər:
“Döyüşlərin dayandırılması üçün Kurskdan Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsi tələb olunur. Onlar geri çəkilməyib, üstəlik, Bayden vəzifədən getmək üzrə olduğu bir vaxtda ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə hücum etməyə icazə verdi. Bu, bir-iki ay müddətində Ukrayna Silahlı Qüvvələrinin bölgədə qalmasına səbəb ola bilər. Qeyd etdiyim kimi, Ərdoğanın təqdim edəcəyi bu plan uğurlu ola bilər və Türkiyənin Kiprlə bağlı müdafiə prosesinə bənzəyir. Münaqişə dondurulsa da, Ukrayna ərazi bütövlüyünü tam təmin edə bilmədiyi üçün NATO-ya üzv ola bilməz. Bu sahədə nə qədər demilitarizasiya aparılacağı, Ukrayna ordusunun nə qədər geri çəkiləcəyi, Rusiya ordusunun nə qədər əsgər buraxacağı kimi texniki detallar mövcuddur. Bu məsələləri kənara qoysaq, plan həyata keçə bilər və nəzərə alaq ki, Trampın da oxşar bir planı mövcuddur”.
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
Qeyd edək ki, “Blumberq” nəşrinin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda keçiriləcək G20 sammitində Ukraynada hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması ilə bağlı öz ideyasını təqdim edəcək. Bildirilir ki, Ərdoğan Donbasın şərq hissəsində demilitarizasiya zonasının yaradılmasını və orada beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsini, Vladimir Zelenskiyə NATO-ya üzvlük müzakirəsini ən azı 10 il təxirə salmağı təklif edəcək.
- Zaxarovadan COP29-la bağlı açıqlama
- COP29-a qarşı çıxdıq: Bakıya kim gəldi, biz nə qazandıq? - İrəvandan baxış
- Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?
- İrəvan təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
- Müəllimlərin maaşı artdı
- Azərbaycanlı qadın Türkiyədə güllələndi - VİDEO
- Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Ermənistan daha 78 ədəd ATAGS alır - Təcili