ABŞ, Britaniya və Fransanın uzaqmənzilli raketlərlə Rusiyaya zərbə endirilməsinə icazə verməsi Ukrayna üçün göydəndüşmə fürsətdir. Ukrayna çoxdandır buna nail olmağa çalışırdı. Bu, müharibənin taleyinə deməzdim, amma gedişatına təsir göstərəcək.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, Qərbin bu addımı atacağını Rusiya rəhbərliyi bilirdi:
“Onlar bir neçə dəfə blef xarakterli çıxışlar etdilər, belə bir addıma icazə veriləcəyi təqdirdə NATO-nu da müharibə iştirakçısı kimi tanıyacaqlarını bəyan etdilər. Ancaq Ukraynaya Qərbin dəstəyi 2022-ci ilin fevralından bəlli idi. Ukraynaya ABŞ başda olmaqla, Britaniya, Fransa, Almaniya, Kanada və digər ölkələrin, NATO-nun dəstəyi olmasaydı, Kiyev çoxdan məğlub olmuşdu. Uzaqmənzilli raketlərlə bağlı icazə isə o deməkdir ki, Moskva, Leninqrad, Sank-Peterburq belə vurula bilər. Ukrayna Prezidenti Vladimir Zelenskinin “raketlər öz sözünü deyəcək” fikirləri də o anlama gəlir ki, Kiyev bütün mümkün variantlardan istifadə edəcək. Düzdür, müharibənin 2025-ci ildə dondurulacağını bəyan edirlər. Ancaq hesab edirəm ki, bu müharibə hələ 2025-ci ildə də bütün şiddəti ilə davam edəcək”.
O, Rusiyanın ötən günlərdə paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın iri şəhərlərinə endirdiyi raket hücumlarını xatırladıb:
“Rusiya başa düşməlidir ki, bu özbaşınalığı davam etdirməyə nə Ukrayna, nə də digər Qərb ölkələri imkan verəcək. Rusiya dərk etməlidir ki, o, heç bir strateji hədəfinə çatmayıb, çatmayacaq da. 1-2 kəndin, yaxud 3-4 qəsəbənin nəzarət altına götürülməsi müvəqqəti xarakterlidir. Dünən Teleqram kanallarında və sosial mediada Rusiyanın sayı-hesabı bilinməyən öldürülmüş əsgərlərinin tabutları nümayiş etdirilirdi. Rusiya canlı qüvvə hesabına müharibədə nəyəsə nail olmağa, 2025-ci il yanvarın 20-nə - Donald Trampın andiçmə mərasiminə kimi nəsə əldə etməyə çalışır. Çətin olacaq, amma məncə, bu uzaqmənzilli raketlər Rusiya rəhbərliyini ciddi şəkildə düşünməyə vadar edəcək. Çünki əvvəla, o raketlərin qarşısını almaq çətin olacaq. Digər tərəfdən, Ukrayna özünün istehsalı olan 4 yeni uzaqmənzilli raketini sınaqdan keçirir. Həmin raketlər böyük, ehtimalla həm Rusiya ilə sərhədyanı, həm də böyük şəhərlərinə, kritik infrastrukturuna, yaxud hərbi obyektlərinə qarşı istifadə olunacaq. Bu isə gözlənilən idi və müharibəyə müəyyən təsirlərini edəcək”.
Politoloq uzaqmənzilli raketlərdən istifadə olunmasına icazənin verilməsindən sonra Rusiya tərəfinin müəyyən bəyanatlar verdiyini vurğulayıb:
“Rusiya XİN sözçüsü Mariya Zaxarova guya Rusiya prezidentinin bununla bağlı mövqeyini xatırlatdı. Amma bunlar hamısı boş cəhdlərdir. Heç kim müharibənin Ukrayna tərəfindən dayandırılmasına mane ola, təsir edə bilməz. Ukrayna torpaqlarının son qarışının işğaldan azad edilməsinə kimi müharibəni davam etdirəcək. Bunu Ukrayna Prezident Ofisinin rəhbəri ötən günlərdə bəyan etdi”.
- Zaxarovadan COP29-la bağlı açıqlama
- COP29-a qarşı çıxdıq: Bakıya kim gəldi, biz nə qazandıq? - İrəvandan baxış
- Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?
- İrəvan təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
- Müəllimlərin maaşı artdı
- Azərbaycanlı qadın Türkiyədə güllələndi - VİDEO
- Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Ermənistan daha 78 ədəd ATAGS alır - Təcili