Serj Sərkisyanın hakimiyyəti illərində (2008-2018) Rusiyanın İrəvana pulsuz verdiyi – hədiyyə etdiyi silahların ümumi həcmi 50 min ton olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətdən (“Ermənistan” fraksiyası) olan deputatı Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Rusiya dünyada heç bir ölkəyə İsgəndər-M verməyib, yalnız Ermənistandan başqa. Ermənistan Rusiyadan 4 ədəd nüvə başlığı daşıya bilən uzaqmənzilli İsgəndər-M sistemini də Sərkisyanın hakimiyyəti illərində alıb:
“Ermənistan Rusiyadan zavod qiymətləri ilə silah və silah-sursatın alınması haqqında müqaviləni də parlamentdə Sərkisyanın vaxtında ratifikasiya etmişdi. Ümumi məbləğ 300 milyon dollar idi”.
Qeyd edək ki, Rusiya “zavod qiymətinə” satdığı texnika üçün Ermənistana həm də faizsiz kredit vermişdi.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq