İsrail Prezidenti İshaq Hersoq Bakıda keçirilən BMT-nin COP29 iqlim konfransına planlaşdırılan səfərini ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
İsrail Prezidentinin Ofisindən bildirilib ki, səfərin ləğvinə səbəb “situasiyanın qiymətləndirməsindən sonra təhlükəsizlik mülahizələri”nin ortaya çıxmasıdır.
Məlumatda vurğulanıb ki, noyabrın 11-də başlayan konfransda İsrailin ətraf mühitin mühafizəsi, energetika və nəqliyyat nazirliklərini təmsil edən üç naziri və onlarla məmuru iştirak edəcək.
Həmçinin xatırladılıb ki, İsrailin COP29-da öz pavilyonu var.
Qeyd edək ki, bundan öncə İsrail prezidentinin Bakıya 3 nazir və 100-dən çox nümayəndə ilə 19 noyabrda gələcəyi təsdiqlənmişdi.
- “O, ətdoğrayan balta deyildi, “iqruşka” idi” - Ağadadaş Ağayev
- Xəyyam Əhmədli ilə son görüşə gəldilər... - FOTOLAR
- “Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı
- Nikoldan Qarabağ açıqlaması: Hər kəs 9 ay hamilə qala bilər...
- BMT rəsmisi azərbaycanlılarla bağlı bu faktı ifşa etdi
- Bunun səbəbkarı ABŞ və Fransa, Əli Kərimli və İsa Qəmbərdir
- ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
- Tiflisdə nə baş verir? Yeni Maydan ssenarisi, hökumət çevrilişi...